BBC ilin 100 ilham verən və nüfuzlu qadınının siyahısını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu siyahıya Rusiyanın Xalq artisti Alla Puqaçova, müğənni Billi Ayliş, aktrisalar Priyanka Çopra, Selma Bleyr Beytner, Ukraynanın birinci xanımı Yelena Zelenskaya və başqaları daxildir.
Bundan başqa, siyahıya konkret şəxslərlə yanaşı, İrandakı etiraz aksiyalarına qoşulan qadınların da kollektiv imici daxil edilib.
Məqalədə “Rusiya estradasının kraliçası” kimi təqdim olunan Puqaçova son siyasi bəyanatlarına görə siyahıya əlavə olunub. Həmçinin, siyahıya Tailand, Çin, Eritreya, İsrail, Nigeriya, Efiopiya, Meksika, Misir və digər ölkələrin nümayəndələri də daxildir.