Bakıda heç bir müğənnidə olmayan ayaqqabı onundur (Fotolar)

Bakıda heç bir müğənnidə olmayan ayaqqabı onundur (Fotolar)
3146 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir həftədir Amerikada səfərdə olan tanınmış prodüser Tolik (Tarik Əliyev) müğənni Sevda Yəhyayevaya elə oradan ayaqqabı alıb.

Prodüser öz "Facebook" səhifəsinə yerləşdirdiyi çəhrayı rəngli, dabanlarında qızılı rəngdə ulduz olan bir cüt qadın tuflisinin rəsminin üstündə bu statusu yazıb: "Bakıda müğənnilərdən heç kimdə yoxdur, amma artıq Sevdada oldu. Nə isə..."

Qeyd edək ki, xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyduqdan sonra bir çox sənətçilərdən təklif alan prodüser yalnız Sevdanın təklifini dəyərləndirmişdi.

Və qısa müddət ərzində Sevda Yəhyayeva "Narkotikə yox" layihəsi çərçivəsində "Dinlə" klipini ekranlaşdırıb və 5 yaşlı ürək xəstəsi Dursun adlı qıza yardım məqsədilə xeyriyyə aksiyası keçirib.

anspress