Türkiyədə yayımlanan daha bir serialda Azərbaycanla bağlı məqam diqqət çəkib.
Axşam.az xəbər verir ki, söhbət "Çöp adam" serialından gedir. Ekran işinin ikinci bölümündə azərbaycanlı şair Məhəmməd Füzulinin "Məni candan usandırdı" əsərindən misralar səsləndirlib.
Türkiyəli aktyor Salih Kalyonun canlandırdığı "Bülent" obrazı "Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?" misralarından sonra bunun divan ədəbiyyatlarına aid olduğunu deyib.
Qeyd edək ki, ekran işinin baş rolları Engin Altan Düzyatan və Elçin Sanguya həvalə olunub.