Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl 6 yaşlı H.K.G. adlı qızını ərə verdiyi ortaya çıxıb.
Axşam.az xəbər verir ki, vəqf liderinın azyaşlı qızı ilə müridi və qonşusu olan 29 yaşlı Kadir İstekli arasında kəbin kəsilib. Bundan sonra 6 yaşlı qız Kadir tərəfindən cinsi istismara məruz qalıb.
Bu barədə qız daha sonralar sosial media hesabı vasitəsilə danışdığı bir xanıma bəhs edib. Bundan sonra işıqlandırılan məsələ Türkiyədə müzakirələrə səbəb olub. Tənqid edənlər arasında türkiyəli məşhurlar - müğənnilər Hadisə, Gülbən Ərgən, Demet Akalın, aktrisalar Eda Ece, Ezgi Mola, Hazal Kaya, Elçin Afacan və digərləri də yer alıb.