"Çarlinin mələkləri"nin aktyoru vəfat etdi

"Çarlinin mələkləri"nin aktyoru vəfat etdi
557 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur aktyor Kliff Emmiç vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor 86 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, K.Emmiç karyerası ərzində 90-dan çox ekran işində rol alıb. Sənətçi "Çarlinin mələkləri", "Malibu xilasediciləri", "Kolombo", "Qadın polis" kimi məşhur filmlərdə çəkilib.