Məşhur bloger evində ölü tapıldı - Fotolar

Məşhur bloger evində ölü tapıldı - Fotolar
3037 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur makedoniyalı bloger Maya Caneska Yohannesburqdakı evində ölü tapılıb.

Axşam.az xəbər verir ki, bu haqda "The New York Post" məlumat yayıb. Polis onun cəsədini başından güllə yarası almış formada aşkar edib.

"Polis qadını çarpayıda tapıb, yanında tapança var idi" deyə, yazıda bildirilib. İnstaqramda 1,2 milyon izləyicisi olan gözəllik sahəsində fəaliyyət göstərən Maya Mia ləqəbi ilə tanınıb.

Silahın kimə məxsus olduğu hələ aşkarlanmayıb. Sevgilisi vanna otağında olarkən silah səsi eşitdiyini açıqlayıb.