Məhkəmənin qərarı Kıvanç və xanımını əsəbiləşdirdi

Məhkəmənin qərarı Kıvanç və xanımını əsəbiləşdirdi
1637 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizeri ölümlə hədələmə iddiası ilə mühakimə olunan Sinan A.-ya ilə bağlı məhkəmə qərar verib.

Axşam.az xəbər verir ki, ruhi xəstə olduğu üçün ona hökm oxunmayıb. Məhkəmə Sinan A.-nın müalicə almasına qərar verib.

Sinan A. Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer Tatlıtuğ Harbiyedə işlətdiyi restorana basqın edərkən gündəmə gəlib. Bu hadisədən sonra Dizer onu şikayət etsə də, Sinan A. sosial şəbəkədə cütlüyü ölümlə təhdid etməyə başlayıb. Cütlük yenidən polisə şikayət etməli olub.

İstintaq çərçivəsində ifadə verən Sinan A. “Aktyor Hazar Ergüçlü mənim sevgilim olacaq. 7 ilə yaxındır ki, məni sevir. Kıvanç Tatlıtuğ və həyat yoldaşı Hazar Ergüçlü ilə görüşməyimə mane olur. Onlar Hazarı öldürməyə çalışırlar. Hətta onu zəhərlədilər, xilas etdim. Kıvanç Tatlıtuğ həyat yoldaşı ilə Hazarı zəhərləyir. Ona görə də onlara təhdid mesajları göndərdim. Qəbul edirəm” deyə, söyləyib.

 Sinan A.-nın psixoloji problemi olduğu müəyyənləşdirilib və müalicəsinə qərar verilib. Bu qərar isə Tatlıtuğ cütlüyünün ürəyincə olmayıb.