Rok-n-roll kraliçası kimi məşhurlaşan isveçrəli müğənni və aktrisa Tina Turnerin kiçik oğlu Ronni 62 yaşında həyatını itirib.
Axşam.az xəbər verir ki, o, San Fernandodakı öz mənzilində ölü tapılıb. Bildirilib ki, Ronni qonşuları tərəfindən evdə huşsuz vəziyyətdə aşkarlanıb.
Bu barədə sosial media hesabında paylaşım edən Tina “Ronni, sən bu dünyadan çox tez getdin. Kədər içində gözlərimi yumub səni düşünürəm, sevimli oğlum” sözlərini yazıb.
Xatırladaq ki, Ronni son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, dörd il əvvəl Tinanın böyük oğlu Kreyq intihar etmişdi. Onun hansı səbəbdən belə bir addım atdığı açıqlanmamışdı.
Müğənninin bioloji oğullardan başqa övladlığa götürdüyü iki oğlu da var.
