Mask 2 yaşlı oğlunu da işə aparır - Fotolar

Mask 2 yaşlı oğlunu da işə aparır - Fotolar
1220 dəfə oxunub
  • A-
  • A
  • A+

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask müğənni Qraymsdan olan 2 yaşlı oğlu X Æ A-12A-nın yeni fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, şəkillər iş adamının yeni aldığı Tviter şirkətinin San-Fransisko Baş Qərargahında lentə alınıb. 

Şirkət əməkdaşlarının sözlərinə görə, atası iclaslarda olarkən uşaq tez-tez şirkətin dəhlizlərində qaçır. Hətta otaqların bir neçəsi onun üçün oyuncaqlarla doldurulub.

Xatırladaq ki, Maskla Qrayms 2021-ci ilin sentyabrında ayrılıblar. Onların qısaca Y adlandırdığı surroqat anadan dünyaya gələn Exa Dark Sideral Mask adlı qızı da var.

Ümumilikdə, biznesmenin doqquz - keçmiş həyat yoldaşı Castin Uilsondan beş övladı, işçilərindən biri Şivon Zilisdən isə əkizləri var.