Dünya şöhrətli Hollivud aktyoru, aksiyon film ulduz Jan-Klod Van Damm Ukraynaya gedib.
Axşam.az xəbər verir ki, aktyor Ujqoroddakı klinikalardan birinə baş çəkib. Bu barədə məlumat Ujqorod Regional Neyrocərrahiyyə və Nevrologiya Kliniki Mərkəzinin həkimi Mixail Yerşovun sosial media hesabında Van Dammla birgə fotolarını paylaşdıqdan sonra ortaya çıxıb. Lakin daha sonra həkim paylaşımı hesabından silib.
"Strana.ua" teleqram kanalının məlumatına görə, aktyor klinikaya gəlmə səbəbinin gizli qalmasını xahiş edib.
Eyni zamanda, Ukrayna Televiziya Xəbər Xidmətindən bildirilib ki, Hollivud aktyorunun gəlişi müəyyən sağlamlıq problemləri ilə bağlıdır.
