Elton Con tvitterdən getdi

Elton Con tvitterdən getdi
449 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı müğənni-bəstəkar Elton Con tvitterin “dezinformasiyanı qadağan etməyən” siyasətinə görə sosial şəbəkədən istifadəni dayandıracağını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə yazıb:

"Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görmək məni kədərləndirdi. Dezinformasiyanın maneəsiz yayılmasına imkan verən son siyasət dəyişikliklərini nəzərə alaraq tvitterdən daha istifadə etməmək qərarına gəldim".