Müzakirələrə səbəb olan 1 milyonluq sual

Müzakirələrə səbəb olan 1 milyonluq sual
3038 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyoner olmak ister" proqramında 3 illik aradan sonra iştirakçılardan biri final sualına qədər yarışa bilib.

Axşam.az xəbər verir ki, söhbət 20 yaşlı universitet tələbəsi Batu Alıcıdan gedir. Verilişin maraqlı məqamları isə bununla da kifayətlənməyib. Dəyəri 1 milyon lirə (91 min 316 manat) olan sual istər Türkiyə, istərsə də Azərbaycanda sosial mediada müzakirələrə səbəb olub. Belə ki, izləyicilər "Hansı "Dədə Qorqud" dastanında adı keçən obrazlardan deyil?" sualının asan olduğu qənaətinə gəliblər.

20 yaşlı tələbə cavabı "A. Bala Hatun" olan sualı bilməyib və imtina edərək, 400 min lirəlik (36 min 527 manat) mükafatı alıb, mübarizəsini yekunlaşdırıb. Buna baxmayaraq, müzakirələr hələ də davam edir. İzləyicilərin bəziləri mövzuya zarafatla yanaşaraq "Kuruluş Osman" serialını misal çəkərək, "Onu da izləmir" sualını ünvanlayıblar.

Qeyd edək ki, sözügedən Bala Hatun Osmanlı imperatorluğunun qurucususu I Osmanın həyat yoldaşı olub. Obraz hazırda baş rolunu Burak Özçivitin canlandırdığı ekran işində təqdim olunur. Bu rol aktrisa Özge Törerə həvalə edilib.