"Rover" markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Axşam.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, pul oğurlanan avtomobil müğənni Nəfəsə məxsusdur.