Koronavirusun yeni ştamı 29 ölkədə yayılıb

Koronavirusun yeni ştamı 29 ölkədə yayılıb
1119 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusun yeni Omicron XBB.1.5 ştamı yayılmaqda davam edir.

Axşam.az xəbər verir ki, "Politico" bununla bağlı məlumat yayıb. Bildirilib ki, ştam artıq 29 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib:

"Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib".

Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.

Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.