Tanınmış türkiyəli aktyor Muhlis Asan infarkt keçirib.
Axşam.az xəbər verir ki, teatrda premyerası baş tutan "Unutma bizi" tamaşasının qalasına dəvət alan aktyorun halı pisləşib. Özünü pis hiss edən sənətçi tamaşanı izləmədən evinə qayıtmalı olub. Vəziyyəti daha da pisləşən Asan xəstəxanaya aparılıb. Həkimlər aktyorun vəziyyətinin ağır olduğunu, infarkt keçirdiyi bildiriblər.
Qeyd edək ki, Asan aktyor Fərda Xudaverdiyevlə birgə "Aşka geldik"adlı türk filmində rol alıb.