Məşhur brendin yeni kolleksiyası tənqid olundu - Fotolar

Məşhur brendin yeni kolleksiyası tənqid olundu - Fotolar
2890 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün baş tutan "Schiaparelli Couture Spring 2023" şousu birmənalı qarşılanmayıb.

Axşam.az xəbər verir ki, təqdimatda modellərin geyindiyi son dərəcə ekstravaqant olan geyimlərin bəzilərinin qorxunc olduğu bildirilib. Brendin yaradıcı direktoru Daniel Rouzberi geyimləri dizayn edərkən Dantenin "Cəhənnəm" əsərindən ilhamlanıb.

Bəbir, canavar, aslan obrazları üç mənfinin təcəssümü kimi - şəhvət, tamah və qürur təqdim olunub. Heyvanların başları köpük, qatran və digər süni materiallardan hazırlansa da izləyicilər bunu bəyənməyib. Onlar kolleksiyada süni də olsa, heyvanlardan istifadə olunmasını tənqid ediblər.

Podiumda sözügedən libasları təqdim edənlər arasında məşhur supermodellər İrina Şeyk və Naomi Kempbell olub.