Dünən Rəşid Behbudov adına Mahnı Teatrında “The Best of Star” mükafatlandırma mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, “Show production” tərəfindən keçirilən təqdimetmə mərasimində şou-biznesin məşhur simaları, modellər, stilistlər və jurnalistlər də yer alıb.
Nadir Qafarzadə “İlin ən yaradıcı müğənnisi”, Vüqar Camalzadə “İlin bəstəkarı”, Sevda Yahyayeva “İlin uğurlu layihəsi”, Samir Piriyev “İlin sevilən müğənnisi”, “Onlar” verilişinin aparıcısı Afaq Gəncəli “İlin maraqlı şou biznes proqramı”, Yaşar Yusub “İlin hit mahnısı”, “ATV maqazin” “İlin ən reytinqli maqazin verilişi”, Elnur “İlin sevilən müğənnisi” nominasiyasına layiq görülüb.
Bununla yanaşı stilistlər Anar Ağakişiyev, Pərviz Mirzəyev, informasiya saytları “Trend”, “Bizimbaku.ws”, “Ans press” və digərləri də mükafatlandırılıb.
“İlin ən maraqlı layihəsi və klipmeykeri” isə Zöhrab Ağayev seçilib.
Xalq artisti İlhamə Quliyeva da mükafat alanlar siyahısında olsa da, səhhətində problem yarandığı üçün gecəyə qatıla bilməyib.
"Atv Maqazin" jurnalının əməkdaşı Zəhra Əhmədova isə “İlin ən operativ jurnalisti” nominasiyasını alıb.
Fotoqraf: Bəhruz Əlizadə