Mədədəki bütün xəstəlikləri sağaldan bitki

Mədədəki bütün xəstəlikləri sağaldan bitki
5170 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırmışdı.

Axşam.az xarici KİV-ə istinadən ispanağın faydalarını sadalayır:

Dəmirlə zəngin olan ispanağın tərkibində A və C vitaminləri var.

Bu bitki soyuqdəymənin qarşısını alır və dişlərin çürüməsini əngəlləyir.

Qanı az olanlara da ispanaq yemək məsləhət görülür.

Bitki eyni zamanda prostat vəzi xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı onların öz-özünü məhv etməsinə səbəb olur.

O, ürək xəstəliklərindən qoruyur. Sərbəst radikalları bədəndən uzaqlaşdıraraq yaşlanmağı gecikdirir.