İngiltərənin yeni kraliçasını qarşılamağa hazırlaşdığı barədə söz-söhbət yayılıb.
Axşam.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, tədbirlərin birində İngiltərə kralı Uilliamın həyat yoldaşına oyuncaq bir ayı hədiyyə edilib.
Hədiyyəni qəbul edən Keyt Midlton qeyri-ixtiyari olaraq “Təşəkkür edirəm, mən bunu saxlayacağam q...” dediyi cümləsini yarıda kəsib.
Jurnalistlərin “siz qızım deyəcəkdiniz, qızınızmı olacaq?” sualına isə kraliça “Hələ bilmirik. Mən elə şey demədim” cavabını verib.
Ana olmağa hazırlaşan Keytin son zamanlar balacalara olan marağı da gözlərdən qaçmır.
İlahə Cəbrayılova