Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər.
Axşam.az xəbər verir ki, gecədə ianə edənlərdən biri də müğənni, "Ahbap" dərnəyinin rəhbəri Haluk Levent olub. O, 500 min lirə ianə edib.
Qeyd edək ki, gecədə studiyaya gələn zənglər vasitəsiylə 115 milyard 146 milyon 528 min lirə (10 milyard manatdan çox) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb.