Taha Duymazla bacısının həlak olduğu təsdiqləndi

Taha Duymazla bacısının həlak olduğu təsdiqləndi
3301 dəfə oxunub
  • A-
  • A
  • A+

Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymazın həlak olduğu təsdiqlənib.

Axşam.az xəbər verir ki, bu barədə sosial media fenomeni Dilan Polat və Tahanın yaxın dostu Raqib Narin paylaşım edib. 

Bildirilib ki, Taha və onun bacısı Melek Nur Duymazın dağıntılar altında qalan cəsədləri tapılıb. 

Qeyd edək ki, Taha sosial şəbəkədə bişirdiyi yeməkləri paylaşaraq məşhurlaşmışdı. Onun 1,3 milyon izləyici var idi.