Türkiyəli aktyor Burak Özçivit zəlzələdə zərərçəkənlərə yardım etməyə davam edir.
Axsam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun Qətərdə iştirak etdiyi tədbirdən əldə etdiyi qonorarın hamısını ianə etdiyi ortaya çıxıb.
Qeyd edək ki, Burak daha öncə də həyat yoldaşı Fahriyə Evcenlə birgə zərərçəkənlər üçün 600 min lirə bağışlayıb. Dağıntı olan bölgələrə bir tır geyim və ərzaq göndərib, instaqramda canlı yayım açaraq, yardım toplayıb. Bununla yanaşı "Tek yürek" kampaniyasında da iştirak edib.