Burak onu aldadanların yazışmasını yaydı

Burak onu aldadanların yazışmasını yaydı
1127 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, məşhur aşpaz CZN Burak "Barselona"nın sabiq futbolçusu Ronaldinyo və Argentina millisinin futbolçusu Lionel Messinin ona bağışladığı imzalı formaları satışa çıxarıb.

Axşam.az xəbər verir ki, Burak bununla bağlı daha bir videoaçıqlama yayaraq, insanların onun bu addımından sui-istifadə etdiyini vurğulayıb. O bildirib ki, bir çox adam onunla tanış olmaq məqsədiylə yalandan formaanı alacağına söz verib:

"Sabah formaları alıcısına təslim edəcəyik. Bu ərəfədə üzücü hadisələr yaşadım. Mesaj yazdılar, tək məqsədləri mənimlə tanış olmaq imiş. Tanış olduqdan sonra, məni "qara siyahı"ya atdılar. Bu vəziyyətdə belə hələ də gülən insanlar var. Yüz dəfə ianə deməyimə baxmayaraq, zəng vurub lağ etdilər, ələ saldılar. Dostlar oturur, zəng vurub gülüşürlər. Bu gün zəlzələ bölgəsində yaşayanların başına gələnlər, sabah bizim də başımıza gələ bilər. Bunun komediyası olmaz".