Kanadalı məşhur rok ifaçısı Avril Lavin repçi nişanlısı Derek Rayan Smitdən (Mod San) ayrılıb.
Axşam.az xəbər verir ki, cütlüyün münasibətə son qoymasını "Page six" nəşrinə Avrilin nümayəndəsi də təsdiqləyib.
O, ayrılığın səbəbini isə açıqlamayıb.
Qeyd edək ki, repçi ötən ilin aprelində Eyfel qülləsinin önündə Avrilə evlilik təklifi etmişdi.