Polis "Eyforiya" serialının ulduzunu axtarır - Foto

Polis "Eyforiya" serialının ulduzunu axtarır - Foto
508 dəfə oxunub
  • A-
  • A
  • A+

Kaliforniya polisi "Eyforiya" serialının ulduzu Anqus Klaudu axtarışa verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə aktyorun dostu ilə birlikdə Los-Ancelesdə yolsuzluq avtomobili idarə edərkən digər nəqliyyat vasitəsini vuraraq hadisə yerindən qaçmasıdır. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən biri yaralanıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 24 yaşlı aktyor rəsmi olaraq şübhəli hesab olunmur. Lakin polis qəzaya görə Anqusun məsuliyyət daşıyıb-daşımadığını müəyyən etmək üçün onunla danışmaq istəyir.