Bouinin 80 min əşyadan ibarət arxivi satıldı

Bouinin 80 min əşyadan ibarət arxivi satıldı
417 dəfə oxunub
  • A-
  • A
  • A+

Londondakı Viktoriya və Albert Muzeyi britaniyalı müğənni-bəstəkar Devid Bouinin 80 min əşyadan ibarət arxivini alıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Bildirilib ki, əşyalar muzeyin daimi sərgisinə daxil ediləcək.

Arxiv üçün ödənilən ümumi məbləğ isə açıqlanmayıb.

Qeyd olunur ki, əşyalar Bouinin 1960-cı illərdən 2016-cı ildə vəfatına qədər olan bütün yaradıcılıq yolunu əhatə edir. Buraya sənətçinin fotoları, məktubları, musiqi alətləri, müxtəlif mükafatlardan olan heykəlciklər, videokasetlər və CD-lər daxildir.