Türkiyəli aktyor Can Yamanın baş rolunu canlandırdığı "El Turco" serialının çəkilişi bu gün başa çatır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Uğur Yıldıranla Armağan Oğuzun da çəkiləcəyi bəlli olub.
Qeyd edək ki, C.Yaman serialda 26 yaşlı italiyalı aktrisa Greta Ferro ilə tərəf müqabili olacaq.
"Disney Plus"da yayımlanması planlaşdırılan ekran işində İngiltərə, İrlandiya, Portuqaliya və İsveçrədən olan aktyorlar da çəkiləcək.
