Məşhur müğənni Rihannanın növbəti çıxışı bu il keçiriləcək "Oskar" mükafatlandırma mərasimində olacaq.
Axşam.az xəbər verir ki, ifaçı 95-ci dəfə təşkil olunan gecədə "Ən yaxşı orijinal mahnı" nominasiyasında namizəd olan "Lift Me Up from Black Panther: Wakanda Forever" mahnısını ifa edəcək. Bu, Rihannanın ilk "Oskar" namizədliyi olacaq.
Qeyd edək ki, mərasim martın 12-də keçiriləcək.