Qışda bu pəhrizi saxlayın

Qışda bu pəhrizi saxlayın
1513 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış pəhrizi təkcə arıqlamağa kömək etməməli, həm də orqanizmi mövsüm xəstəliklərindən qorumalıdır. Buna görə də pəhriz saxlamaqla yanaşı vitaminlər də qəbul etməlisiniz.

Axşam.az saytı Rusiya mediasına istinadən qış mövsümündə saxlaya biləcəyiniz və orqanizminizi vitaminlərlə zənginləşdirəcək pəhrizlər təqdim edir.

Pəhriz ərəfəsində yalnız adi su içmək lazımdır. Gündə bir dəfə mütləq alma, portağal və banan yeyin.

Tərəvəzli pəhriz
Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Nəticədə 5 kiloqram arıqlayacaqsınız. Eyni zamanda immunitetiniz də qaydasında olacaq.

İlk gün:
Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.
Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.

II gün:
Səhər:
suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.
Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan.
Axşamtərəfi: 1 ədəd portağal və alma.
Şam yeməyi: 1 salxım qara üzüm.

III gün:
Səhər:
Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.
Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər və 1 dilim qara çörək.
Axşamtərəfi: 2 ədəd pomidor.
Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.

IV gün:
Səhər:
kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.
Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.
Axşamtərəfi: 1 ədəd banan.
Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.

V gün:
Səhər:
üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.
Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor və kələmdən ibarət salat.

VI gün:
Səhər:
suda bişmiş yulaf, yoqurt.
Nahar: pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.

VII gün:
Səhər:
suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.
Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.