Arıqlamaq istəyənlər D vitamini qəbul etsin

Arıqlamaq istəyənlər D vitamini qəbul etsin
3571 dəfə oxunub
  • A-
  • A
  • A+

Minnesot Universitetinin alimləri araşdırıblar ki, «Günəş vitamini» insanı arıqladır və çəkini tənzimləyir.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, alimlər təcrübə keçiriblər. Təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.

Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla da istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.