Rəqqasə Fatimə xaricə gedir

Rəqqasə Fatimə xaricə gedir
1973 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə və rəqqas İlham Kərimli xarici səfərə hazırlaşırlar.
 
Axşam.az-ın məlumatına görə, rəqs ustalarının xarici səfərinin məqsədi Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi, 19-26 aprel tarixlərində Qahirədə keçiriləcək "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivaldır.

Adı çəkilən festivalda cütlüyün təşəkkürnamə mükafatı ilə təltif olunacağı da gözlənilir.
Ənənəyə görə onlar festivala milli geyimdə qatılmalı və milli rəqslər nümayiş etdirməlidirlər.

Festivaldan qayıtdıqdan sonra cütlük özü bu barədə mətbuata açıqlama verəcək.