Türkiyənin məşhur “Yetenek Sizsiniz” müsabiqəsindəki göstəriləri ilə tamaşaçıları heyran edən illüziyaçı Aref Qafuri artıq Bakıdadır.
Axşam.az saytına özəl açıqlama verən Aref sabah baş tutacaq konsertindən danışıb:
“Konsertdə maraqlı səhnələr yer alacaq. Sabah tamaşaçılar həm qorxacaq, həm xoşbəxt olacaq, həm də həyəcanlı anlar yaşayacaqlar. Burada insanlara gələcəyi göstərən sehrlər edəcəyəm. Hərdən də insanları güldürəcəyəm. Sehirlərim arasında ilk dəfə Bakıda nümayiş etdirəcəklərim də var”.
Aref Qafuri Bakını çox bəyəndiyindən də danışıb:
“Dünən şəhəri gəzmək imkanım oldu. Çox bəyəndim. Bu, Bakıya ilk gəlişimdir. Üç gün qalıb, Türkiyəyə qayıdacağam. Amma buraya tez-tez gəlməyi düşünürəm”.