Üzdəki çilləri təmizləyən maska

Üzdəki çilləri təmizləyən maska
2044 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazın gəlişi ilə bir çox insanların üzündə çillər yaranır.  Bunlardan xilas olmaq hər bir xanımın arzusudur.

Axşam.az xarici mətbuata istinadən çilləri aradan qaldıracaq məlhəm təqdim edir:

· Heyvanın qabığını soyub, sürtgəcdən keçirib, tənzifdən süzün. Şirə ilə üzünü silin. Heyva şirəsi çilləri ağardır.
· Limon şirəsi, su və 1 çay qaşığı sirkəni qarışdır. Əgər dərin qurudursa, qarışığa bir az qliserin qatın. Alınan məhlulla üzünüzü silin.
· Üzdəki çilləri soğanla da təmizləmək mümkündür. Bunun üçün soğanı sürtgəcdən keçirib, tənziflə sıxıb suyunu çıxardın. Soğan şirəsinə batırılmış pambıqla üzünüzü silin. Sonra üzə xama çəkib, 10 dəqiqə saxlayıb, isti su ilə yuyun.