"Boşanmaya çatana qədər anlayırsan ki..."

"Boşanmaya çatana qədər anlayırsan ki..."
18594 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gərək elə bir insanla ailə qurasan ki, sonradan peşman olmayasan. Yaxşı bir insan, səni anlayan olsun. Sonra illərinə heyifin gəlir. Xərclənən pullar, başqa şeylər boşdur. Əsas gedən illərdir. Boşanmaya çatana qədər anlayırsan ki, boşdur". 

Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Səhər mərkəzi" verilişində deyib. Musiqiçi evlilikdən danışarkən, həyat yoldaşı seçməyin çətin olduğunu vurğulayıb:

"Düzgün seçim etmək həyatda ən önəmli məsələlərdən biridir. Qadınlar "qarpızdır". Qarpızı kəsirsən, bir də görürsən ki, içi ağdır (gülür). Demək olmaz ki, bütün günahlar kişilərdədir və ya qadınlardadır. Fərqlidir... Amma insan ailə qurur ki, xoşbəxt yaşasın, gələcəyini düşünsün. Bir də görürsən ki, aləm dəydi bir-birinə". 

Qeyd edək ki, H.Məhəmmədoğlu bir neçə il əvvəl birinci həyat yoldaşından ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə evlənib. Onun bu nikahdan bir oğul övladı var.