Demetlə Oğuzhan ayrıldı

Demetlə Oğuzhan ayrıldı
7543 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Demet Özdəmirlə həyat yoldaşı müğənni Oğuzhan Koç ayrılıb.

Axşam.az xəbər verir ki, cütlük arasında yaranan mübahisə səbəbindən aktrisa evi tərk edib. 

Bildirlib ki, zəlzələ səbəbindən böyük əyləncə təşkil etməyən Demet ad gününü yaxın dostları ilə qeyd edib. Dostunun evində baş tutan əyləncədə Oğuzhanın hərəkətləri aktrisanı əsəbiləşdirib və o, gecəni rəfiqəsigildə keçirib. Daha sonra barışan ikili arasında yenidən mübahisə yaranıb və Demet evi tərk edib. 

Qeyd edək ki, Demet və Oğuzhan ötən il nikah masasına əyləşib. Onlar toydan bir müddət əvvəl də ayrılmışdı.