Xəbər verdiyimiz kimi, Rusiyada Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) konsertlərinin qadağan edilməsi tələb olunub və bununla bağlı ölkənin Baş Prokurorluğuna müraciətlər edilib.
Axşam.az xəbər verir ki, "ИА Regnum" agentliyinin məlumatına görə, reperin aprelin 25-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konserti baş tutmayacaq. Bildirilib ki, Xalibin çıxışı "M-1 Arena" rəhbərliyinin göstərişi ilə ləğv olunub.
Bundan başqa, aprelin 23-də Moskvadakı "Crocus City Hall"da verilməli olan konsert də olmayacaq. Bu barədə məlumatı məkanının baş direktoru Roman Qraçov agentliyə təsdiqləyib.
Maraqlı məqamlardan biri də yuxarıda qeyd olunan hər iki konsertin biletlərinin "Yandex Afisha"da satışda qalmasıdır.
Reper özü isə məsələ ilə bağlı hələlik hər hansı bir açıqlama verməyib.