Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov kinoteatrları tənqid edib.
Axşam.az xəbər verir ki, o, bu haqda "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda keçirilən Kino forumunda danışıb. O bildirib ki, kinoteatrlarda keyfiyyətli filmlər nümayiş olunmur:
"Kinoteatrlarda, eləcə də Nizami Kino Mərkəzində millətin zövqünü korlayan bayağı, primitiv filmlər göstərilir.Cəmiyyətə elə filmlər təqdim edilir ki, baxdıqca, xəcalət çəkirsən. Salondan çıxandan sonra düşünürsən ki, bu, kino dəyərlərimizə xəyanətdir".