Rza ilə Hadisədən yazan jurnalistin həbsi tələb olunur

Rza ilə Hadisədən yazan jurnalistin həbsi tələb olunur
1883 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisənin Cənubi azərbaycanlı iş adamı Rza Zarrabın ifaçı Ebru Gündeşlə evli olduğu müddətdə onunla eşq yaşadığı iddia edilib.

Axşam.az xəbər verir ki, Hadisə və Zarrab arasında keçən yazışmaları, müğənninin təyyarə biletlərinin görüntülərini saytlarda yayımlayan jurnalist Yaşar Ç. barəsində aparılan araşdırma yekunlaşıb. Şəxs 2 ayrı cinayətdə günahlandırılıb və barəsində 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı tələb irəli sürülüb.

Qeyd edək ki, bir neçə il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb. 

Ötən ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Rza ilə münasibətdə olduğu iddia edilib

İkili arasında keçən yazışmalarla yanaşı, birgə istirahətə yollandıqlarını sübut edən təyyarə biletlərinin görüntüləri yayılmışdı.