Hər gün fındıq yeyənlərin ürəyi sağlam olur

Hər gün fındıq yeyənlərin ürəyi sağlam olur
1956 dəfə oxunub
  • A-
  • A
  • A+

Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.

Axşam.az bu dəfə adıçəkilən çərəzin heç vaxt eşitmədiyiniz faydalarını təqdim edir:

1. Tərkibindəki E vitamini sayəsində qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır və beləliklə anemiya riskini minimuma endirir. Qan dövranını tənzimləyir. Qışda daha çox yemək tövsiyə olunur, çünki soyuqdəymə kimi narahatlıqların qarşısını alır.

2. E vitamini ilə zəngin olması xərçəng riskini də azaldır.

3. Fındıq ürək və damarın dostudur desək, yanılmarıq.

4. Fındıqdakı bir çox fitokimyəvi maddələr beyini inkişaf etdirir.

5. Arıqlamağa kömək edir. Qəbzliyin qarşısını alır.

6. Sümükləri bərkidir. Eyni zamanda şəkər xəstələri üçün faydalı çərəzdir.