Ronaldo ayrılıq xəbərlərindən sonra səssizliyini pozdu - Foto

Ronaldo ayrılıq xəbərlərindən sonra səssizliyini pozdu - Foto
2472 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigeslə münasibətlərində problemlər yaranması və ayrılma ərəfəsində olmaları ilə bağlı iddialara növbəti dəfə cavab verib.

Axşam.az xəbər verir ki, futbolçu bu dəfə sosial media hesabında sevgilisi ilə dodaq-dodağa olan fotosunu paylaşıb. 

O, şəklə "Sevginin şərəfinə" deyə, şərh yazıb.

Xatırladaq ki, bir müddət əvvəl xarici mediada cütlüyün Corcinanın həddindən artıq alış-veriş etdiyinə görə ayrıldığı iddia edilmişdi. Ronaldo məsələ ilə bağlı açıqlama verərək xəbərləri təkzib etmişdi.

Qeyd edək ki, cütlük 8 ildir birlikdədir və hazırda Səudiyyə Ərəbistanında yaşayırlar. İkilinin 2, futbolçunun isə ümumilikdə 5 övladı var.