Türkiyəli aktrisa Melis Sezen yeni eşqə yelkən açıb.
Axşam.az xəbər verir ki, aktrisa iş adamı Atilla Bingöllə münasibətdədir.
Cütlük ötən günlərdə restoranlardan birinin çıxışında paparatsilərin obyektivinə tuş gəlib. Melis münasibətləri ilə suala "Hər şey çox yenidir" deyə, qısa cavab verib.
Qeyd edək ki, aktrisa hazırda "Gülcemal" serialında baş rollardan birini canlandırır.
Onu da qeyd edək ki, Melis bundan əvvəl Türkiyənin milyarder ailələrində olan Tatlıcıların nəvəsi Mehmet Uyqunla sevgili idi.

