"Muhteşem yüzyıl" serialında Sümbül ağa obrazıyla məşhurlaşan türkiyəli aktyor Səlim Bayraktar ailə qurub.
Axşam.az xəbər verir ki, sənətçi 5 ildir münasibətdə olduğu Emel Karaköse ilə evlənib.
Açıq havada baş tutan toyda cütlüyün ailə üzvləri və dostları iştirak ediblər.
Qeyd edək ki, S.Bayraktar hazırda "Veda məktubu" serialında rol alır.