Onun da xəyanət videosu yayıldı

Onun da xəyanət videosu yayıldı
3405 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Ebru Özkanla evli olan aktyor Ertan Sabanın görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, məkanlardan birində lentə alınan görüntülərdə aktyorun bir xanımla səmimi formada əyləndiyi diqqət çəkib.
Məsələyə münasibət bildirən Ertan görüntülərin 5 ay əvvəl çəkildiyini və hazırda məqsədli şəkildə yayıldığını deyib.

Qeyd edək ki, bundan əvvəl aktyor Kadir Doğulunun 2 xanımla görüntüləri yayılmışdı. Kadirin görüntülərin birindəki Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və həyat yoldaşı, aktrisa Neslihan Atagülün də bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.