Kanadalı bəstəkar və müğənni Qordon Laytfut vəfat edib.
Axşam.az xəbər verir ki, bəstəkar 84 yaşında dünyasını dəyişib.
O, bir müddət əvvəl səhhətində yaranan problemlərə görə apreldə ABŞ və Kanadada nəzərdə tutulan konsertlərini ləğv edib. Qordon mayın 1-də Torontoda xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, sənətçi 1970-ci illərin ortalarında geniş populyarlıq qazanıb. Onun yazdığı 17 musiqi "Billboard 200"ə daxil olub və 1974-cü ildə buraxmış olduğu "Sundown" adlı albomu ilk sıraya yüksəlib.
Qordonun "if you could my mind" bəstəsi müğənniyə 2 "Qremmi" qazandırıb. Onun mahnıları Elvis Presli, Conni Keş və Bob Dilan kimi sənətçilər tərəfindən oxunub.