"Harri Potter"də canlandırdığı obrazla məşhurlaşan aktrisa Emma Uotson 5 ildir niyə filmlərə çəkilmədiyinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, aktrisa 2018-ci ildə “Kiçik qadınlar” filmində rol aldıqdan sonra nəinki ekranlarda görünməyib, hətta obyektivlərə də nadir hallarda tuş gəlib. Uotson rolları ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqda çətinlik çəkdiyini bildirib.
“Özümü qəfəsdə hiss edirdim. Hər dəfə filmlərin premyeralarında jurnalistlər nə düşündüyümü soruşurdular. Onlara nə deyəcəyimi bilmirdim. Proseslərdə iştirak edə bilmədiyim şeylərin siması və sözçüsü olmaq çox çətin idi
Başa düşdüm ki, yalnız rollarım haqqında danışmaq istəyirəm. Əgər məni tənqid edirlərsə, özümə nifrət etmədən deyə bilərəm, bəli, uğursuz oldum, bu, mənim qərarım idi, daha çox şeyə qadirəm".
Aktrisa yenidən aktyorluq karyerasına qayıdacağını istisna etməyib:
"Mütləq olacaq. Növbəti doğru işi gözləməkdən xoşbəxtəm. İşimi sevirəm. Sadəcə, robot rejimində olmaq istəmirəm".