Hindistanda 3 qolu olan uşaq doğulub

Hindistanda 3 qolu olan uşaq doğulub
1812 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda həkimlər son dərəcə nadir bir hadisənin şahidi olublar. Üç qolu olan uşaq dünyaya gəlib.

Axşam.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. Bu cür hadisə tibb tarixində yalnız bir neçə dəfə qeydə alınıb. Körpə polimeliya xəstəliyi ilə doğulub. Bu bu xəstəlikdə isə əlavə orqanların inkişafı var.

Yenidoğulanın iki əli normal yerlərdə yerləşir, üçüncüsü isə kürəkdən böyüyür. Əlavə üzv digər ikisindən daha qısadır və yalnız üç barmağa bənzər çıxıntıya malikdir. Körpənin hansı müalicəyə məruz qalacağı hələ bildirilməyib, lakin əvvəlki oxşar hallarda, bir qayda olaraq, üçüncü qol amputasiya edilib.