Danila Kozlovski Rusiyanı tərk edib?

Danila Kozlovski  Rusiyanı tərk edib?
427 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın ən varlı aktyorlarından hesab edilən Danila Kozlovski ölkəni tərk edib.

Axşam.az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, aktyor rus ictimai xadim Vitali Borodinlə qalmaqaldan və çıxışlarının ləğvindən sonra ölkəni tərk edib. Kozlovskinin İstanbula uçduğu, oradan isə hara gedəcəyinin bəlli olmadığı deyilib.

Kozlovskinin mətbuat katibi isə rus mediasına onun Rusiyanı tərk etməsi ilə bağlı xəbərləri təkzib edib:

"Heç kim heç yerə getməyib".

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin prokurorluqdan Kozlovskini Rusiya Silahlı Qüvvələrini (RF Silahlı Qüvvələri) nüfuzdan salmaq maddəsi ilə yoxlanılmasını xahiş etmişdi. Kozlovski də öz növbəsində, Borodinə qarşı şərəf və ləyaqətinin alçaldılması ilə bağlı iddia qaldırsa da, məhkəmə bunu qəbul etməyib.