Xolesistitdən əziyyət çəkənlər üçün məlhəm

Xolesistitdən əziyyət çəkənlər üçün məlhəm
1954 dəfə oxunub
  • A-
  • A
  • A+

Xolesistit öd yollarının və öd kisəsinin iltihabi xəstəliyidir. Xəstəlik qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir. Bu zaman öd yolarının və öd kisəsinin divarı iltihabdan qalınlaşaraq  ödün hərəkətinə və onikibarmaq bağırsağa tökülməsinə mane olur. Nəticədə qanda miqdarı artan öd piqmentləri dəridə qaşınma yaradır. 

Axşam.az xəbər verir ki, xolesistitdən birdəfəlik xilas olmaq üçün sizə dəfnə yağı kömək edəcək. Bu yağı ev şəraitində hazırlamaq mümkündür.

Bunun üçün:
· 30 ədəd dəfnə yarpağını 200 qr. bitki yağının içərisinə tök. Qabın ağzını möhkəm bağlayıb, gün düşən yerə qoyub, bir neçə sutka saxla. Gün ərzində yalnız bir dəfə  südə və ya suya 10-15 damcı yağ töküb iç. Müalicəni iki ay davam etdirmək lazımdır.