Türkiyəli müğənni Oğuzhan Koçla boşanma ərəfəsində olan aktrisa Demet Özdəmir açıqlaması ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "InStyle” jurnalına müsahibə verən aktrisa "Münasibətlər niyə davam etmir" sualına belə cavab verib:
"Hazırda bu sualı verə biləcəyin ən son insan ola bilərəm. Mənə görə davam etmək olmur deyə bir şey yoxdur. İnsanın həyatındakı işlər, dostluqları, münasibəti də əslində bir yoldur. Bir yerə qədər ən yaxşı şəkildə davam etməyə çalışırsan, səy göstərirsən, vaxtı bitəndə isə vidalaşırsan. Realist biriyəm, hər şey doğru vaxtda, doğru şəkildə sonlanır".
Qeyd edək ki, Demet və Oğuzhan ötən il nikah masasına əyləşib.