Hande Erçel yeni sevgilisindən də ayrılır?

Hande Erçel yeni sevgilisindən də ayrılır?
1194 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hande Erçellə yeni sevgilisi iş adamı Hakan Sabancının münasibətlərində problem yaranıb.

Axşam.az xəbər verir ki, İtaliyada səfərdə olarkən Sabancının başını telefondan qaldırmaması və aktrisaya vaxt ayırmaması səbəbindən Handenin özünü narahat hiss etdiyi iddia olunub. Eyni zamanda, pərəstişkarlarının Handeyə yaxınlaşması iş adamını narahat edib və onlara sərt reaksiya verib. Bundan sonra ikili arasındakı münasibət korlanıb.

Hande iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.

Qeyd edək ki, aktrisa daha əvvəl aktyorlar Kərəm Bursin və Kaan Yıldırımla münasibətdə olub.